Bu gün Nəsimi rayon Məhkəməsində “Müsəlman birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun ev dustaqlığına buruxalması ilə bağlı vəsatətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.
Qeyd edək ki, Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Taleh Bağırzov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hadisə zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb, çoxsaylı insanlar həbs olunub.
Taleh Bağırov Cinayət Məcəlləsinin 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd) maddələri ilə ittiham edilir.
Hacı Zeynalov