12 May 2016 18:07
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını zorlamaqda təqsirli bilinən 1978-ci il təvəllüdlü Rəşad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rəşad Kazımov yaşadığı Binəqədi rayonu ərazisində olan evlərində doğma qızı, 10 yaşlı Sevdanı (ad şərti verilib) zorlayıb.

Hadisə zamanı qızın anası evdə olmayıb. Qızın anası evlərinə yaxınlıqda olan çörək sexində işdə olub. Atanın qızına qarşı etdiyi seksual xarakterli hərəkətlərdən anası xəbər tutub və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Rəşad Kazımov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Rəşad Kazımov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər