13 May 2016 11:29
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Əkbər Qasımovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ağdam rayonun rayonun Sarcalı kəndi ərazisində qeydə alınıb. Əkbər Qasımovun və Faiq Pənahovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Zərbə nəticəsində sürücülərdən biri - rayonun Çəmənli kənd sakini Faiq Pənahov sükan arxasındaca dünyasını dəyişib. Qəzada ölən sürücü Faiq Pənahovun taksi fəaliyyəti göstərirmiş.

Hər iki avtomobildə olan 36 yaşlı Niyaməddin Həsənov, 35 yaşlı Səma Xəlilova, 33 yaşlı Xəyalə Abdullayev, 25 yaşlı Əkbər Qasımov ağır xəsarət alıb.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Əkbər Qasımov günahkar bilinib. Əkbər Qasımovun qəza törətdiyi avtomobil rayon sakini Ruslan Cəfərova məxsus olub.

Həmin vaxt Əkbər Qasımov avtomobili idarə edib. Bu zaman Ruslanda onun yanında əyləşib. O, sürət həddini aşaraq ağır qəza törədib.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 185.2.4-cü (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddələri ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Əkbər Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər