13 May 2016 12:42
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda mənzildən külli miqdarda pul oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Topçubaşov küçəsi, 115 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Atlıxan Məhərrəmlinin evindən 40 min manat oğurlanıb. Atlıxan Məhərrəmli Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, mayın 5-də, saat 14.00 radələrində bacısı oğlu, 1998-ci il təvəllüdlü Nilufər Nəriman oğlu Əhmədov qapını sındıraraq evdən oğurluq edib.

Nilufər Əhmədov oğurladığı pulları götürərək başqa ünvanda gizlənib. 21-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törədən Nilufər Əhmədov tutulub.

Məlumata görə, Nilufər Əhmədov dayısının evindən oğurladığı pulların bir qismini borclarına xərcləyib. Qalan pullarla isə gecə klublarında əylənib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: