Pirallahı rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Pirallahı rayon sakini Namiq Balayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Namiq Balayevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. O, xəstəxanaya aparılarkən dəniz sahilində qayığın lövbərinin üstünə yıxılması nəticəsində xəsarət almasını bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalar zamanı Namiq Balayevə xəsarətin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidaddin İbrahimov tərəfindən yetirilməsi müəyyən edilib.
Pirallahı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vidaddin İbrahimov tutulub.
Hacı Zeynalov