19 İyun 2014 11:23
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda bankomatlardan vətəndaşlarını pulunu oğurlayan şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluq və oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Naxçıvan şəhər sakini, 1981-ci il təvəllüdlü Samir Xəlilov tutulub.

Müəyyən edilib ki, S.Xəlilov ötən il sentyabrın 12-də İmanxan Ağayevə kömək etmək adı ilə M.Abbasov küçəsində yerləşən bankomatdakı hesabından 430 manat pulu çıxarıb qaytarmayaraq dələduzluq edib. Bu il yanvarın 16-da Ş.Mirzəyev küçəsində yerləşən bankomatından Nəriman Quliyevin hesabından 1000 manat oğurlayıb.

Hacı Zeynalov


Müəllif: