Bakı polisi axtarışda olan şəxslərin həbs edilməsi üçün əməliyyat keçirib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Metropolitendə Polis Şöbəsi Cinayət-Axtarış Qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Ruhiyyə Quliyeva tutulub.
Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Ufat Aslanov tutulub.
Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad İsgəndərli tutulub.
Hacı Zeynalov