19 İyun 2014 11:31
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq edən qadın həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyunun 6-da Ələsgər Ələkbərov küçəsində yaşayan Mujgan Yahyayevanın evindən açıq qapıdan keçməklə 340 manat oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Aliyyə Nəsirova tutulub.

Hacı Zeynalov


Müəllif: