Bakının Xəzər rayonunda 25 yaşlı qız qaçırılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü X. B. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, bacısı, 1991-ci il təvəllüdlü M. B. qaçırılıb.
O, bildirib ki, bacısını xalası oğlu, 1991-ci il təvəllüdlü F. R. evlənmək məqsədilə qaçırıb. X. B.-nın sözlərinə görə, xalası oğlu bacısını zorla qaçırıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov