19 İyun 2014 12:03
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində baş verən partlayışla bağlı rəsmi məlumat açıqlayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, iyunun 18-də saat 12 radələrində H.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Qala qəsəbəsində yerləşən 5-ci mədən sahəsində qazla qaynaq işləri aparılarkən baş vermiş partlayış nəticəsində elektrik-qaz qaynaqçıları Zakir Əliyev və Dmitriy Baranovun aldıqları xəsarətlərdən ölmələri barədə daxil olmuş məlumat əsasında Xəzər rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Ekspertiza mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş və digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: