Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 13-də Bakı şəhər sakini Allahverdi Əhmədova məxsus evdən 2 min manat dəyərində qızıl əşyası oğurlanıb.
Oğurluq edən şəxs daha sonra evin yataq otağını yandırıb. Hadisə baş verən zaman ev sahibi Allahverdi Əhmədov rayonlardan birində olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Aynur Ağaməmmədova tutulub.
Hacı Zeynalov