19 İyun 2014 13:01
610

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Lənkəran rayonu Xarxatan kəndinin ərazisində qeydə alınıb. Mayəddin Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini Mirnasir Əbilzadəni vurub. M. Əbilzadə xəstəxanaya aparılarkən yolda ölüb.

Hacı Zeynalov


Müəllif: