19 İyun 2014 13:05
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda dəhşətli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Sabirabad rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə iyunun 18-də, saat 14.00-da rayonunun Əlicanlı kəndində qeydə alınıb. Kənd sakini Cəlal Əkbərov həyətində “QAZ-3302” markalı avtomobili arxaya verərkən azyaşlı oğlu Cavidi vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: