17 May 2016 14:13

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Baloğlanov həbs edilib.

İlqar Baloğlanovun 0,05 hektar sahədə aqrotexniki qaydada əkib-becərdiyi 16 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...