Bakının Xətai rayonu ərazisində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Sevda Rəfiyeva “Kia” markalı avtomobilinə oturarkən naməlum şəxs bıçaqla hədələyib və həmin nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti tərəfindən qeyd edilən avtomobilin həmin gün saat 21 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə avtomobil saxlanılıb, quldurluq hadisəsini törətmiş Bakı şəhər sakini Orxan Xıdırov və həmyerlisi Aleksandr Semyonov tutulublar.
Hacı Zeynalov