17 May 2016 16:16
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qax şəhərində baş verən qəza ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, şəhər sakini Ümid Muradovun idarə etdiyi “Ekskovator YMZ” markalı traktorla Şəki rayon sakini Firuddin Təhməzovun idarə etdiyi “VAZ-21214” markalı avtomobil toqquşub.

Nəticədə F.Təhməzovun sərnişinləri, İlisu kənd sakinləri Səlihə Muradova və Xanpəri Muradova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur. Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.

Hacı Zeynalov


Müəllif: