Bu gün Binəqədi rayon Məhkəməsində Rabitə Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbs müddətinin uzadılması ilə bağlı Baş prokurorluğun təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə Vidadi Zeynalovun həbs qəti imkan tədbirinin daha 3 ay müddətinə uzadılıb.
Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hacı Zeynalov