Bakının Binəqədi rayonunda telefon dələduzu ifşa edilib. Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü və 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Rəhimov tutulub.
Anar Rəhimov Bakı şəhər sakini Amil Səmədova məxsus mobil telefonu dələduzluq yolu ilə aldadaraq alıb və sonra oradan qaçıb.
Onun daha bir paytaxt sakininə məxsus mobil telefonu dələduzluq yolu ilə alması müəyyən edilib.
Anar Rəhimovun həmçinin Sabunçu Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da üzə çıxıb.
Hacı Zeynalov