18 May 2016 10:04
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Xırdalan şəhər sakini Sevanə Abbasova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb. Sevanə Abbasovanı vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

Sevanə Abbasovanın həyat yoldaşı mayın 17-də, axşam saatlarında evə sərxoş vəziyyətdə gəlib. Bu zaman ər və arvad arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: