18 May 2016 12:15
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şadlıq evlərindən birinə bomba qoyulması barədə yalan məlumat verməkdə ittiham olunan 1962-ci il təvəllüdlü Şamil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən il dekabr ayının 30-da saat 18:52-də Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng edilərək yalandan məlumat verilib.

Özünü Samir Süleymanov adı ilə təqdim edən şəxs FHN-in “112” xidmətinə zəng edərək Xaçmaz rayonunda yerləşən “Almas” şadlıq sarayında və rayonun istənilən yerində partlayış olacağını bildirib.
Dərhal müvafiq əməliyyat tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb. Zəngin Xaçmaz şəhər sakini, 53 yaşlı Şamil Süleymanov tərəfindən edilməsi müəyyən edilib və rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Şamil Süleymanov Cinayət Məcəlləsinin 216-ci (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermək) maddəsi ilə ittiham edilir.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə hazırlıq iclası olub.

Məhkəmə baxışı mayın 24-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər