Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Tağıyev qəsəbəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayıb.
Xalidə Adıgözəlova aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb. Cinayəti törədən Famil Adıgözəlov daha sonra özünü öldürmək qərarına gəlib. Bu məqsədlə o, bıçaqla özünə xəsarət yetirib.
Famil Adıgözəlov Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə qisqanclıq zəminində baş verib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov