Tovuz Gömrük İdarəsinin əməkdaşları 7 fakt üzrə 67 480 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 4 fakt üzrə qaçaqmalçılıq predmeti olan müxtəlif markalı siqaretlər Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi avtomobillərdən aşkar edilib. Ümumilikdə nəqliyyat vasitələrindən əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən 54 280 ədəd siqaret aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən siqaretlərdən 13 200 ədədi isə piyada yolla ölkə ərazisinə gələn Azərbaycan Respublikası vətəndaşlarından aşkar edilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Naibə QURBANOVA