Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə, Cəlilabad rayonu, Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş vermiş və nəticədə 1 nəfər fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub.
Teleqraf.com FHN-in saytında istinadən xəbər verir ki, dərhal Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq xilas edilərək, Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.
Əməliyyat saat 09:28-də başa çatıb.