Bakının Nizami rayonu ərazisində ağır qəza baş verib.
Teleqraf.com xəbər verir ki, Naxçıvan şəhər sakini İbrahim Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.
Nəticədə İbrahim Məmmədovun sərnişinlərindən 25-30 yaşlı kişi hadisə yerində ölüb, özü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, İbrahim Məmmədov sürət həddini aşıb və nəticədə idarə etməni itirərək ağır qəza törədilib.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov