Masallı rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Boradigah qəsəbə sakini Rahid Həbibov Tüklə kəndində göldə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Daha bir bədbəxt hadisə Masallı rayonunun Xalıcallı kəndində qeydə alınıb. Kənd sakini Teymur Mirzəyev traktorla ot biçərkən ehtiyatsızlıqdan ayağı otbiçən aparatın arasında qalıb. Xəstəxanaya yerləşdirilmiş Teymur Mirzəyevin hər iki ayağı amputasiya olunub.
Bundan başqa, ehtiyatsızlıqdan həyətindəki yardımçı təsərrüfatın damından yıxılaraq xəstəxanaya yerləşdirilmiş Gəncə şəhər sakini, 67 yaşlı Həmzə Əmirxanov orada ölüb.
Yevlax rayonunun Nəmərli kəndində də bədbəxt hadisə baş verib. Kənd sakini Söhbət Kazımov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan Cabbar Hümbətov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Hacı Zeynalov