23 May 2016 17:29
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kazinoda külli miqdarda pul uduzan şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Anar Rzayev 2014-cü ilin yanvar-iyul ayları ərzində Yasamal rayonu ərazisində yerləşən kazinoda 27 min manat və Binəqədi rayonları ərazisində yerləşən kazinoda isə 13 min manat uduzub.

O, Nəsimi rayonu ərazisində yerləşən kazinoda isə 10 min manat uduzub. Paytaxtda fəaliyyət göstərən kazinolarda 50 min manat uduzan Anar Rzayev Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Anar Rzayev bildirib ki, kazinoların qanuni fəaliyyət göstərməsi barədə araşdırma aparılmasını xahiş edib. Anar Rzayevin şikayəti araşdırılması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər