Bakının Nərimanov rayonunda türkiyəli iş adamı dələduzluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, Yavuzlar Grup İnşaat və Yapı Malzemeleri Diş Ticarət Limited şirkətinin satış üzrə müavini, Türkiyə vətəndaşı olan 1978-ci il təvəllüdlü Bayram Gültəkin dələduzluqla üzləşməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət edib.
Bayram Gültəkin bildirib ki, 2014-cü ilin avqust ayından cari ilin aprel ayınadək şirkətin təchizat müdiri – Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Xəyyam Şükürov şirkətə məxsus 65 min 445 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov