Bu yaxınlarda Türkiyədə avtobusda bir nəfərin qadına təcavüz etdiyi, sonra qadınlar tərəfindən döyüldüyü barədə məlumat vermişdik.
Təəssüf ki, oxşar hadisə Bakıda da yaşayıb. Amma sonluğu fərqli olub.
Milli.Az bildirir ki, az öncə 77 saylı avtobusda 23-25 yaşlı oğlan gənc qıza qarşı tərbiyəsizlik edib. Amma Türkiyədəki oxşarından fərqli olaraq, onun "qurbanı" susmağa üstünlük verib.
Təcavüzkar da heç bir şey olmamış kimi əlini-qolunu sallayaraq, cəzasız, avtobusdan düşüb, yoluna düzəlib.
Fikrimizcə, belə hallarda ictimaiyyətin diqqətini təcavüzkara cəlb edərək ən azından polisə şikayət etmək olardı.