Gecə saatlarında Bakı və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 3 otaqlı evin və bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıt şəhərində isə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.