Bakının Nərimanov rayonunda əcnəbi vətəndaş döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Y.Nəsirov küçəsi, ev 4 ünvanın qarşısında baş verib.
Həmin ünvanda naməlum şəxs xuliqanlıq zəminində Əfqanstan vətəndaşı, 1979-cu il təvəllüdlü Nur Məhəmməd Vəli Məhəmməd Vəlizadəni döyüb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov