Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə təqsirləndirilən Rəşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rəşad Həsənov tanışı olan şəxslə kafedə spirtli içki qəbul ediblər. Onlar arasında mübahisə yaranıb. Rəşad Həsənov bizlə tanışı vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Rəşad Həsənov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hokmü ilə Rəşad Həsənov 14 il müddətə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov