25 May 2016 00:37
2 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

32 yaşlı ingilis dili müəlliməsi dərs dediyi məktəbin şagirdi 18 yaşlı Cəlilə qoşulub qaçıb.

Kanal Baku xəbər verir ki, Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib.

Məktəbin ingilis dili müəlliməsi 32 yaşlı Əminə müəllimə həmin məktəbin şagirdi 18 yaşlı Cəlil bəyə qoşulub qaçıb. Öncə tərəflərin ailə üzvləri bu birliyə razı olmayıb. Şagirdə qoşulub qaçan müəllimənin hərəkəti dərs dediyi məktəbin əməşdakları tərəfindəndən də xoş qarşılanmayıb. Şagirdlərdən birinin verdiyi məlumata görə, bütün məktəb bu hadisədən danışır.

Qeyd olunur ki, gəlin müəllimə imkanlı ailənin övladıdır. Evin tək qızı olan Əminə müəllimənin anası da bu nikaha yox deyir. Qızının qoşulub qaçdığını bilən atanın da səhhəti pisləşib.

Məktəbin direktoru açıqlamasında deyib ki, hadisəni pisləyir.

Qeyd edək ki, toy Biləcərinin "Ağ saray" restoranında bu gün baş tutub.

Sonda onu da bildirək ki, gec olduğundan məlumatı dəqiqləşdirmək imkanımız olmadı. Bu gün məsələyə aydınlıq gətiriləcəyi qeyd olunur.


Müəllif:

Oxşar xəbərlər