Ucar rayonunda bədbəxt hadisə baş verib.
EL TV xəbər verir ki, rayonun Bağman kənd sakini 1990-cı il təvəllüdlü Qürbət İskəndərovu ildırım vurub.
Hadisə zamanı onun yanında iki nəfər yaxın qohumu da olub. Şahidlərin sözlərinə görə, hadisə Q.İsgəndərov evinin yaxınlığındakı küçədə yağışdan qorunmaq məqsədi ilə söyüd ağacının altında dayanarkən baş verib. Güclü səslə müşahidə olunan ildırım vurmasından sonra Q.İsgəndərov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.