26 May 2016 12:43
4 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Faiq Yusifov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Emin Çobanov bacısı, 1986-cı il Rübabənı bıçaqlayaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir.

Məlumata görə, Emin Çobanov özündən 8 yaş böyük olan bacısının başqa oğlanla münasibət saxlamasını bilib. Buna görə də qardaş və bacı arasında mübahisə yaranıb. Mübahisə zamanı Emin bacısına 30-dan çox bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisəni törədən Emin Çobanov polisə gələrək təslim olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər