Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb.
Teleqraf.com xəbər verir ki, 1996-cı il təvəllüdlü Fəridə Əhmədova və qızı, 2013-cü il təvəllüdlü Qətibə yoxa çıxıblar.
Ana və qızı aprelin 17-də Maştağa qəsəbəsi, kanalüstü adlanan ərazidə nömrəsiz evdən gediblər və bir daha geri qayıtmayıblar. Ana və qızın itkin düşməsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinə məlumat daxil olub.
38-ci polis bölməsindən Teleqraf.com-a bildiriblər ki, ana və qızının itkin düşməsi ilə bağlı toplanmış materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə göndəriləcək.
Hacı Zeynalov