Bakının Xətai rayonunda yaşayış evindən külli miqdarda pul oğurlanıb. Teleqraf.com xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib.
1952-ci il təvəllüdlü Fəridə Yunusovanın yaşadığı evə iki nəfər naməlum şəxs girib. Maskalı şəxslər qadının əl-ayağını bağlayıblar və daha sonra ondan pul tələb ediblər.
Həyatının təhlükədə olduğunu görən Fəridə Yususova pulların və qızılların yerini maskalı şəxslərə deyib. Həmin şəxslər qadının 65000 manat və 15000 manat dəyərində qızıl əşyalarını götürərək hadisə yerindən qaçıblar.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Hacı Zeynalov