Bakının Binəqədi rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Fuad Behbudov dələduzluqla üzləşməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Fuad Behbudov bildirib ki, 2014-cü ilin dekabr ayında Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İslam İsmayılov ev tikmək adı ilə onu aldadaraq 40 min manatını alıb.
Amma İslam İsmayılov vədinə əməl etməyib. Uzun müddət gözləyən Fuad Behbudov vəd olunan evinin tikilmədiyini görüb və məcbur qalaraq polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov