Bakının Xətai rayonunda 14 yaşlı qıza qarşı təcavüz edilib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun G.Şıxlınski küçəsində yerləşən evlərdən birində baş verib.
Həmin ünvanda yaşayan 2002-ci il təvəllüdlü M. A. xalası oğlu, 1998-ci il təvəllüdlü Tural Sarıyev tərəfindən təcavüzə məruz qalıb. Tural Sarıyev xalası qızı ilə qeyri təbii yolla cinsi əlaqədə olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci (əxlaqsızlıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq hərəkətləri aparılır.
Hacı Zeynalov