3 İyun 2016 10:39
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Rasim Muradov özünü asıb.

O, yaşadığı evin yaxınlığında yerləşən köhnə məktəbin binasında özünü asıb. Rasim Muradovun meyiti ora gələn rayon sakinləri tərəfindən tapılıb. Rasim Muradovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər