Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.
Bakı şəhər sakini Anar Babayev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Oqtay Hənifəyevi və Kürdəmir rayon sakini Vüsal Burxanovu vurub.
Xəstəxanaya yerləşdirilimiş piyadalar orada ölüblər.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov