6 İyun 2016 10:26
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda ittiham olunan Cəlilabad bələdiyyəsinin sədri Kamal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Cəlilabad bələdiyyəsinin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb edib.

O, faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Kamal Məmmədov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamal Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər