Bakının Qaradağ rayonunda qadına qarşı soyğunçuluq edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.
Naməlum şəxs Xətai rayon sakini, 1977-ci il təvəllüdlü Pərvanə Qasımovaya zor tətbiq edərək içərisində 51 manat pul olan çantasını əlindən alaraq qaçmaq istəyib.
Bu zaman həmin şəxs ərazidə olan Qaradağ rayon Mühafizə Polisinin əməkdaşları tərəfindən saxlanılıb və ərazi üzrə 10-cu polis bölməsinə təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, Pərvanə Qasımovaya qarşı zorakılıq göstərən Sənqaçal qəsəbə sakini, 1994-cü il təvəllüdlü Aqil İsrafilovdur.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov