8 İyun 2016 12:04
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəki rayon polis şöbəsi əməkdaşları tərəfindən rayonun Cunud kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 2 ton 80 kiloqram olan 7417 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bundan başqa, Şuşa şəhər polis şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Çaylı kəndi ərazisində əməliyyat keçirilib. Yabanı halda bitmiş ümumi çəkisi 2 ton olan 2500 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Daha bir əməliyyat Gəncə şəhərində keçirilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ceyhun Əliyevin kultivasiya yolu ilə yetişdirdiyi 25 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər