Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Teymur Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət Qəmbərovu bıçaqlayıb. İsmət Qəmbərov ağır bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən cinayəti törədən Teymur Cəfərov həbs edilib.
İlkin məlumata görə, Teymur Cəfərov İsmət Qəmbərovu qısqanclıq zəminində bıçaqlayıb.
Belə ki, Teymur İsmət Qəmbərovun bacısı ilə münasibət saxlamasından şübhələnib. O, bu barədə qəsəbədə söz-söhbət dolaşdığını eşidib.
Teymur bu məsələyə aydınlıq gətirmək üçün İsmətlə görüşmək qərarına gəlib. Iyunun 6-da qəsəbədə görüşən dostlar arasında mübahisə yaranıb.
Həmin vaxt İsmət Teymurun bacısı ilə münasibət saxladığını danıb. Amma Teymur bunun qeyrət məsələsi olduğunu, məsələnin sonunadək gedəcəyini deyib.
Bir müddət sonra Teymur İsməti döyüb və bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov