8 İyun 2016 14:44
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qanlı cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Suraxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Aytəkin Qüdrətova evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Aytəkin Qüdrətovaya tibbi yardım göstərilib və onun həyatını xilas etmək mümkün olub.

Suraxanı rayon Polis İdarəsini 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov tutulub.

Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər