8 İyun 2016 15:12
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirli bilinən Sərvan Ramazanov və Şahin Şəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakının Nizami rayonu, Çobanzadə küçəsi 35 ünvanında quldurluq hadisəsi baş verib. İki nəfər naməlum şəxs gecə saatlarında piyada evlərinə gedən Taleh Ağayevin qarşısını kəsib. Onlar Taleh Ağayevin boğazına bıçaq dirəyərək 2 ədəd mobil telefonunu alıblar.

Taleh Ağayev quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 24-cü polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Şahin Şəfiyev və Bərdə rayon sakini Sərvan Ramazanov tutulublar.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sərvan Ramazanov 9 il, Şahin Şəfiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər