Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq təqsirləndirilən Ramiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramiz Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ramiz Ağayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov