Oxşar xəbərlər
Tovuz rayonunda ilan sancma hadisəsi qeydə alınıb.
Teleqraf.com Kəpəz TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Düzqırıqlı kəndində baş verib.
Əkin sahəsində alaq otlarını təmizləyən qadınlara hücum edən ilanı kənd sakini Ramin Babanlı tutmağa çalışsa da, o buna nail olmayıb və ilan 31 yaşlı kənd sakininin əlindən sancıb.
Həkimlər Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhətini orta-ağır qiymətləndirir.
Yaralıya ilkin yardım edildikdən sonra Respubilka Toksikologiya Mərkəzinə göndərilib.