8 Aprel 2018 14:47
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz yaşa dolduqca, müdrikləşdikcə anlayırıq ki: 300 və ya 30 $-lıq saat taxsaq da, onlar eyni vaxtı göstərir. 300 və 30 $-lıq pulqabı içindəki məbləği dəyişmir.

İçdiyimiz şərabın dəyəri istər 300, istər 30, istərsə də 3 dollar olsun, fərq etməz, sonda hər üçü bizi məst edəcək və ayılanda eyni hissi yaşayacağıq!

30000, 3000, 300, 30 kvadrat metrlik evdə yaşasaq da, tənhalıq acısını heç nə ilə ovuda bilməyəcəyik.

Təyyarənin ekonom salonunda, ya da biznes salonunda uçsaq nə fərq edər ki? Əgər təyyarə düşsə, bizim taleyimiz digərlərindən heç nə ilə fərqlənməyəcək. Birinci və ya ikinci salonda uçmağımız da bizi mənzil başına birinci çatdırmayacaq. Sonda təyyarə mənzil başına eyni vaxtda yetişir.

Nəhayət anlayırıq: əsl xoşbəxtlik odur ki, sənin gözəl ailən, qardaşın, bacın, narahatlığını bölüşməyə səmimi dostların, məsləhətinə güvəndiyin iş yoldaşların var. Sən onlarla istədiyin mövzunu müzakirə edə, danışıb-gülə bilirsən!

Övladlarına sərvət toplamağın, maddi cəhətdən zəngin olmağın deyil, xoşbəxt olmağın sirlərini öyrət! Onlar böyüyəndə nəyinsə qiymətini soruşmayacaqlar, onu dəyərləndirib, qiymətləndirəcəklər.

Yeməyini dərman kimi qəbul et ki, dərmanı yemək kimi yeməyəsən.

Səni sevənlər heç vaxt səni tərk etməyəcəklər, səndə 100 günah görsələr də, bir savab tapıb barışacaqlar!

Dünyanın 6 ən yaxşı həkimi:

1. Günəş işığı

2. İstirahət

3. İdman təmrinləri

4. Pəhriz

5. Özgüvən

6. Etibarlı dostlar


Müəllif: Telli Pənahqızı