1 Sentyabr 2014 15:43
1 802
12 Punto 14 Punto 16 Punto 18 Punto

YENİ ŞEİRLƏR

Şəkildə qucaqlamışdım səni

indi şəklini qucaqlayıram

qolların şəkillərimçün darıxdımı heç?..

ötən günlərin xiffətindən saraldı şəkillərimiz

indi bu albom da xatirə dəftərimiz

nəm çəkir göz yaşından

vərəqləri...

***

Bəlkə, bizi leylək gətirdi yaralı qanadında

dünyanın çirkabına bulaşdırdı

qəddar leylək...

anamızı, atamızı da belə gətirmişdi...

bizdən əvvəlki günahkarları...

yeriyib qaça bilməyən

şikəst uşaqları da...

biz heç dimdiyində uşaq görmədik,

amma

sarımaq istədiyimiz çox oldu

yaralı leylək qanadlarını...

***

Buruq saçlı, çirkin oğlan,

Ruhu olan...

Bəlkə, içib sevişək?..

Mən qəlbimin, sən üzünün çirkinliyini unudaq...

/1937.az/


Müəllif: